DAİM.AZ xəbər verir ki, sənətçi bundan sonra “Instagram” hesabında paylaşdığı materiallara şərh bölməsini bağlayacağını və bununla da özünü izləyicilərin tənqidi rəylərindən qoruyacağını bildirib:
“Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Bundan xoşum gəlmir. Mən öz görünüşümdən razıyam, alan da razı, satan da. Əvvəl demişdim ki, arıqlamışam, Maykl Ceksona oxşayıram. Yenə də eləyəm. Belə xoşbəxtəm.
Səsimlə bağlı şərh yazın. Dəyişikliyim kiminsə işinə qalmayıb. Güzgüyə baxın. Yazan hər kəsdən şikayət edəcəyəm. Bədbəxtliyinizi müzakirə etmirəm. Öz həyatınıza baxın. Artıq bəsdirin. Səslə, mahnı ilə bağlı yazın. Gözəl mahnıları musiqisiz, canlı oxuyuram. Allah mənə istedad, səs verib. Bunu sizlərə ən doğru şəkildə təqdim edirəm. Amma görürəm ki, sizin işiniz estetik əməliyyatdır. Bəli, estetik əməliyyatlıyam və bundan rahatam. Sevən yanımda olsun, sevməyən heç izləməsin.
Saçını niyə rənglədin, sarı etdin, köhnə halın... Bəsdirin, köhnə yoxdur, yeni mən varam. Sizləri qınayıram. Üç ay evdə oturdular, insanların beyni düzəlmədi, ancaq pislik düşünürlər. Etməyin, yazmayın, gedin işinizlə məşğul olun.
Yaxşı insanlar yaxşı rəylər yazırlar. Mahnımı puç edib, altına “nə gündəsən, nə etmisən, səni tanıya bilmədim” yazanları görmək istəmirəm. Bu saatdan sonra şərhləri bağlayacağam. Tənqid edə bilməyəcəksiniz, imkan verməyəcəyəm.
Biri yazıb göz əməliyyatı səni dəyişib. Cahilsən? O, necə olur? Əsəbi də deyiləm, sakitəm. Sadəcə, yoruldum sizin şərhlərinizi silməkdən. Siz isə yazmaqdan yorulmadınız. Bundan sonra belə, yazsanız, qara siyahıya atacağam. Çirkinləşmisən deyirsiniz. Çirkinəm, kimə nə? Məni sevən belə sevir. Sevmirsənsə, sevmə. İşiniz-gücünüz yoxdur. Ona görə də bunları yazırsınız. Özümə söz verdim, heç kimin rəyini qəbul etməyəcəyəm. Qoymayacayam orada bir şey yazasınız. Ağıllanııb-ağıllanmayacağınızı da bilmirəm. Amma ümid edirəm ki, ağıllanarsınız”.
Şərh Yazın