DAİM.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, vətəndaşlar SMS icazəyə müsbət cavab aldıqdan sonra yaşadıqları ərazini tərk etməlidirlər:
K.Əliyev qeyd edib ki, vətəndaş evdən çıxarkən icazəsi olmalıdır:
“Vətəndaşlar SMS icazəni karantin postuna çatanda almamalıdırlar. Əks halda, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Çünki postlarda polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcəklər”.
Şərh Yazın