NATO Rusiyanın qondarma “DXR” və “LXR”i tanımasını pisləyir və hesab edir ki, bu, Ukraynadakı vəziyyətin nizamlanması səylərinə xələl gətirir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Mən Rusiyanın özünü elan etmiş “DXR və LXR”in müstəqilliyini tanımaq qərarını pisləyirəm”, - NATO baş katibinin bəyanatında deyilir.
“Belə bir qərar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir, münaqişənin həllinə yönəlmiş səyləri məhv edir və Minsk razılaşmalarını pozur”, - “İnterfaks” onun sözlərindən sitat gətirir.
Stoltenberq Rusiyanı beynəlxalq öhdəliklərinə uyğun olaraq diplomatiya yolunu seçməyə və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.
Şərh Yazın