Məlumatı “CNNTurk” yayıb.
Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur.
84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda özünütəcrid şəraitində yaşadığı bildirilib.
Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında 2 795 yoluxma, 41 ölüm faktı qeydə alınıb.
Şərh Yazın