Noyabrın 9-da isə Müdafiə Nazirliyi Şuşanın azad olunduqdan sonra çəkilmiş ilk görüntülərini yayımlayıb.
Həmin kadrlar uzun illər doğma yurd yerimizə həsrət qalan xalqımızı yaralarına sanki məlhəm olub.
Bu gün isə zəfər xəbərləri fonunda Şuşadan yeni görüntülər paylaşılıb.
Bu görüntülərdə şəhərin Qazançı kilsəsi diqqət çəkir.
Qeyd edək ki, bu kilsədə məğlubiyyət ərəfəsində qondarma işğalçı rejimin rəhbəri Araik Arutyunyan dua etmiş, bunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olmuşdu.
Şərh Yazın