Bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV telekanlında çıxışı zamanı deyib.
O bildirib ki, bu öz-özlüyündə gün ərzində məktəblərin bağlanması deməkdir:
“Artıq martın 29-dan başlayaraq orta hesabla gün ərzində 10-12 məktəbin distant təhsilə keçirilməsini müşahidə edirdik. Proqnozlara görə bu rəqəmlər artmağa doğru gedirdi. İstənilən halda gün ərzində 2500-3000 yoluxma olanda onun 70 faizi Bakının payına düşdüyü halda Bakı, Sumqayıt, Abşeronda məktəblər bağlanır. Bütün bunlar Səhiyyə orqanlarının rəyi ilə həyata keçirilir”.
Nazir səbəblərdən birinin də davamiyyət məsələsinin olduğunu deyib:
“Davamiyyət məsələsi vacibdir. Yoluxma artdıqca valideynlər övladlarını riskə atmamaq üçün məktəbə göndərmirdilər. Belə olan halda təhsil müəssisələrinə gələn uşaqların sayı az olurdu. Bu da tərəfimizdən izlənilirdi. Məktəblərə nümayəndələrimizin səfərləri zamanı bu qeydlər götürülür və analiz aparılırdı. Onsuzda siniflər yarımqruplarda fəaliyyət göstərirdi, o qrupun da yarısından çoxu məktəbə gəlməyəndə davamlılıqdan danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür”.
Şərh Yazın