Bununla bağlı prezident.az məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar;
- ianələr, qrantlar və cəlb edilən investisiyalar;
- Fondun fəaliyyətindən əldə olunmuş gəlir;
- qanunla qadağan olunmayan digər mənbələr.
Şərh Yazın