AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində cəbhədəki vəziyyəti təsvir edərkən bildirib.
“Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etdik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal altında idi. Beləliklə, biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozub. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Şərh Yazın