“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Bu, iş həftəsinin sonu olacaq. O dövlət başçıları ilə söhbət edəcək", - Ağ Evin rəsmi nümayəndəsi deyib.
Keyli Makineni Trampın məhz hansı xarici həmkarları ilə ünsiyyətdə olmaq niyyətini açıqlamayıb.
Yaxın saatlarda Tramp Ağ Evdən ABŞ liderlərinin şəhərkənarı iqamətgahı, Merilend ştatının Katoktin dağlarının ətəyində, Vaşinqton yaxınlığında yerləşən Kemp-Devidə gedəcək. Ağ Ev rəhbərinin istirahət günlərini orada keçirəcəyi güman edilir.
Şərh Yazın