Türk Dövlətləri Təşkilatı tviter səhifəsində Azərbaycana başsağlığı verib:
“Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, - başsağlığı mətnində deyilir.
Şərh Yazın