DAİM.AZ Trend-ə istinadən xəbər verir ki, onlar 4 may tarixindən etibarən Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başlayıblar.
Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının Xəstəxana Hazırlıq Təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndiməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başlayıblar.
Bununla yanaşı, həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlərə start veriblər. Onlar bu 4 rayonda 2 həftə müddətində fəaliyyət göstərəcəklər, daha sonra Bakıya qayıdaraq növbəti iki həftəlik tur üçün hazırlıqlara başlayacaqlar.
Şərh Yazın