Türkiyə ilə sərhədin 4,5 kilometrliyində ABŞ ordusunun terrorçu PKK/YPG/SDQ ilə birlikdə hərbi təlimlər keçdiyi məlum olub.
Reyting.az xəbər verir ki, Türkiyənin əməliyyat siqnalı ilə tarazlığın dəyişdiyi Suriyada ABŞ yenidən terrorçularla çiyin-çiyinə dayanıb.
2015-ci ildə vətəndaş müharibəsi başlayan Suriyaya əsgər göndərən ABŞ-ın hazırda bu ölkədə 900 əsgərinin olduğu təxmin edilir. Terror təşkilatı PKK-ya minlərlə TIR silah göndərən ABŞ, Suriyanın cənubdakı El Tanfdan əsas hərbi baza kimi yararlanır.
Xatırladaq ki, rəsmi Ankara yazın başlaması ilə Suriyanın şimalında terror təşkilatı YPG-ni hədəf almaq üçün əməliyyata başlayacağını açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Hazırlıqlarımızı tamamlayan kimi bu əməliyyatlar başlayacaq”,- dedikdən sonra dünyanın diqqəti həm də Suriyaya yönəlib.
“Frans-Press” Agentliyi (AFP) Ərdoğanın açıqlamalarından sonra Hasəkənin şərqindəki neft bölgəsi Rumeylanda patrul xidməti göstərən ABŞ konvoyunun fotolarını paylaşıb.
Türkiyə hazırda PKK-nın Suriya qolu olan terror təşkilatı YPG-nin nəzarətindəki Mənbicdən şərqdə Qamışlıya qədər uzanan sərhəd xəttinin terrorçulardan tamamilə təmizlənməsini istəyir. Qeyd edək ki, yalnız Rəsuleyn və Tel Abyad arasındakı ərazi Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin nəzarətindədir.
Onu da xatırladaq ki, Türkiyə əməliyyat siqnalını elan etdikdən sonra YPG terrorçuları dərhal Suriya prezidenti Bəşər Əsəddən kömək istəyiblər. Suriyanın ordu birlikləri ilə əməkdaşlıq edəcəklərini açıqlayan YPG terrorçuları Türkiyəyə cavab verəcəklərini bildiriblər.
İyunun ilk günlərində ABŞ, Rusiya və Suriyadan bir-birinin ardınca açıqlamalar verilib. Rəsmi Moskva yeni əməliyyatın qarşısının alınmasını tələb edib, Dəməşq rejimi isə Türkiyəni hərbi cavabla hədələyib. YPG-yə açıq dəstək verən Vaşinqton isə Suriyada gərginliyin artmasına qarşı olduğunu bəyan edib.
İndi Türkiyə sərhədin 3 kilometrliyində - Qamışlıda ABŞ əsgərlərinin şəklini çəkib. Qamışlının kəndlərindən birində görüntülənən Amerika əsgərlərinin YPG terrorçuları ilə birlikdə zirehli texnikada keşik çəkdikləri görünür. Qismən rejim qüvvələrinin nəzarətində olan Qamışlı Mardinin Nusaybin mahalının tam qarşısındadır.
Dəməşq rejimi ilə birlikdə hərəkət edən Rusiya ordusu iyun ayında Türkiyənin mümkün əməliyyatına qarşı Qamışlıda “Pantsir” hava hücumundan müdafiə sistemi quraşdırıb. Rusiya Mənbic, Ayn İsa, Tel Temir və Aynul Ərəb kimi yerlərdə də əsgər sayını artırıb.
Sentyabrın 7-də isə Türkiyə sərhədindən 4,5 kilometr aralıda yerləşən Derikdən dünyaya yayılan fotolarda terrorçuların birbaşa təlimi əks olunub. ABŞ əsgərləri Derikdə YPG terrorçularına təlim keçir.
Agentlik qeyd edib ki, Birləşmiş Ştatlar ordusunun Birgə Əməliyyat Qrupu-Təbii Sabitlik Əməliyyatında iştirak edən bölmələri və YPG terrorçuları birlikdə məşq ediblər. Ərəbcə adı Əl-Malikiyə olan Derikdə keçirilən təlimlərdə ABŞ ordusunun “Bradley” və minalara qarşı istehsal edilən “MRAP” zirehli texnikaları diqqətdən yayınmayıb.
Kadrlarda ən diqqət çəkən detallardan biri də Amerika əsgərlərinin YPG üzvlərinə “Javelin” və “AT4” tank əleyhinə raketlərlə təlim keçməsidir.
Pentaqon, terror təşkilatı İŞİD-ə qarşı yaradılan Müştərək İşgüzar Qüvvə-Təbii Sabitlik Əməliyyatı üçün YPG üzvlərinə təlim keçdiyini iddia edir.
Türkiyə təhdidlə üzləşib - Fotolar
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın