Türkiyə lirəsinin ABŞ dollarına nəzərən kəskin ucuzlaşması davam edir.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu gün 1 ABŞ dolları 12,73 lirəyədək bahalaşıb.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında aşağı faiz dərəcələri siyasətinin davam etdiriləciyini bəyan edib.
Mütəxəssislər bu açıqlamanın lirənin daha da ucuzlaşmasına yol açacağını hesab edir.
Şərh Yazın