“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.
“Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşiliyə səssiz qalanları da tarix əsla bağışlamayacaq.
Ərazi bütövlüyünü qorumaq, öz torpaqlarına qovuşmaq uğrunda mübarizəsində türk qardaşlarımızın yanında olmağa, haqlı davalarında bütün imkanlarımızla onları dəstəkləməyə davam edəcəyik”, - Türkiyənin Müdafiə naziri bildirib.
Füzuli şəhərinin işğaldan azad edilməsi, Ermənistana məxsus “Su-25” qırıcının vurulması münasibəti ilə Azərbaycan ordusunu təbrik edən Hulusi Akar bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Şərh Yazın