"Report"un məlumatına görə, sloveniyalı funksioner situasiyanı diqqətlə izlədiyini bildirib.
"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək" deyən Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. Biz hadisələrin inkişafını izləməliyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
Şərh Yazın