DAİM.AZ bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.
“Bu gün biz adaptiv karantini iyulun 31-dək uzadacağıq”, - Baş Nazir Denis Şmıqal hökumətin çərşənbə günü keçirdiyi iclasında deyib.
Baş Nazir əlavə edib ki, lazım gələrsə, hökumət ayrı-ayrı bölgələrdə gücləndirilmiş karantin tətbiq etmək imkanını nəzərdən keçirəcək. Bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, indiyədək Ukraynada 33 234 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 943-ü vəfat edib, 14 943-ü sağalıb. Tibb müəssisələrində 17 348 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 327-si ağır vəziyyətdədir.
Şərh Yazın