Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvə toplantısına getdiyi Vaşinqtonda Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildiriblər.
Görüşdə Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, Türkiyənin Avropa Birliyinə üzvlük prosesi, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsi və İsrailin Qəzzaya hücumlarına son qoymaq üçün sülhsevər səylərini davam etdirdiyini və beynəlxalq ictimaiyyətin bu bölgələrdə sülhün bərqərar olması üçün səylərini artırmasının lazım olduğunu bildirib.
Ərdoğan Macarıstanın dönəm sədrliyi dövründə Avropa Birliyinə üzvlük prosesini canlandırmaq və münasibətləri inkişaf etdirmək üçün dəstək gözlədiyini də sözlərinə əlavə edib.
E. KAMAL
Vaşinqtonda Ərdoğan-Orban görüşü keçirilib
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın