Braziliyada koronavirusa yoluxma hallarının sürətlə artması nəticəsində xəstəxanlar, morqlar və məzarlıqlar dolur. İndi Latın Amerikasının ən böyük ölkəsi koronavirus pandemiyasının yeni qaynar nöqtəsinə çevrilməyə çox yaxındır.
Rio de Janeyro və dörd başqa böyük şəhərlərin səhiyyə rəsmiləri xəbərdalıq edib ki, onların xəstəxana sistemləri çökməyə yaxındır . Yaxud o qədər dolub ki, artıq yeni xəstə qəbul edə bilməzlər.
Səhiyyə ekspertləri 211 milyon əhalisi olan ölkədə infeksiyaya yoluxma hallarının yetərsiz və ləngiyən testlər səbəbilə rəsmi açıqlanan rəqəmdən qat-qat yüksək olduğunu təxmin edir.
Bu arada isə prezident Cair Bolsonaro COVID-19-un yüngül xəstəlik olduğunu və onun qarşısını almaq üçün sosial məsafə tədbirlərinə ehtiyacın olmadğını təkid etməyə davam edir. O, yalnız risk qrupuna daxil olan braziliyalıların izolyasiya olunmalı olduqlarını bildirib.
Amazonun ən böyün şəhəri Manausda isə rəsmilərin bildirdiyinə görə, orada o qədər ölüm hadisəsi baş verib ki, məzarlıqda kütləvi qəbirlər qazılıb. İşçilər gündə 100-dən çox cəsəd dəfn edir. Bu isə virusdan öncəki zamanla müqayisədə üç dəfə çoxdur.
Manausda yas mərasimləri xidməti verən şirkətin sürücücü olan 20 yaşlı İtalo Rodrigez deyib ki, o, son 36 saatda ard-arda bir neçə cəsəd daşıyıb. Onun sözlərinə görə, o qədər insan ölüb ki, şirkət işə ikinci sürücü götürüb.
Səhiyyə nazirliyi indiyədək koronavirusa 53 min yoluxma və 3600-dən çox ölüm faktını təsdiqləyib. Rəsmi rəqəmlərə görə, ölkədə indiyədək ən yüksək göstəricilə cümə axşamı qeydə alınıb. Belə ki, həmin gün 3700 yeni yoluxma halı və 400-dən çox ölüm halı baş verib.
Ekspertlərin xəbərdarlıqlarına görə çox az sayda testlərin keçirilməsi o deməkdir ki, yoluxma halları daha çoxdur. San Paulu Universitetinin sosial tibb professoru Dominqos Alvesin sözlərinə görə, testlərin nəticələrini almaq zaman aldığı üçün, hazırkı rəqəmlər bir-iki həftə öncə baş verən yoluxma və ölüm hallarını əks etdirir.
“Biz keçmişdəki mənzərəyə baxırıq. Ehtimal olunur ki, Braziliyada yoluxma halları bizim təxmin etdiyimizdən daha yüksəkdir.”
San Paulu Universiteti, Braziliya Universiteti və digər institutların alimləri deyir ki, bu həftəyədək ölkədə ümumi yoluxma hallarının 587 min ilə 1 milyon arası olduğu güman edilir.
Səhiyyə nazirliyi bu ayın əvvəlində yaydığı hesabatda gündə 6700 nəfəri test etmək imkanına malik olduğunu demişdi. Bu isə virusun pik nöqtəyə çatdığı zaman lazım olan 40000 testdən çox azdır.
Xatırladaq ki, dünyada koronavirus qurbanlarının sayı 200 mini keçib, virusa təsdiqlənmiş yoluxma halları isə sürətlə 3 milyona yaxınlaşır.
Şərh Yazın