“Real" televiziyası yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb.
Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daimi hərbçilərin vəziyyəti ilə maraqlanır”.
Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: "Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar".
Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər.
"Yaralandığıma görə çox təəssüf edirəm, yoldaşlarımı tək buraxdım. Tez sağalıb cəbhəyə qayıtmaq istəyirəm. Əhval-ruhiyyəmiz çox gözəldir" - yaralı əsgərlərdən biri bildirib.
Şərh Yazın