Bağırsaq bakteriyaları isə ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir.
Adətən bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar.Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin onların həm immun sisteminin, həmçinin də mədə-bağırsaq sisteminin mükəmməl olmamasıdır.
Əsasən bütün bağırsaq infeksiyalarının ümumi simptomları eyni olur. Bunlar: ishal, zəiflik, qusma, bağırsaqda olan spazmalar.
E.coli - bağırsaq çöpü - bağrsağımızın ən populyar sakini. Bir çox növləri bağırsaqda yaşayaraq, ziyan vurmur və hətta xeyirli işi yerinə yetirir. Yalnız 150 növü isə bağrsaq və böyrəklərdə problem yarada bilər.
Salmonella - həmçinin ən məşhur bağırsaq çöpüdür. Bir çoxları düşünür ki, bu bakteriyanı yalnız çiy toyuq əti və çiy yumurta yedikdə tutmaq olar. Lakin bu belə deyil, salmonellər ət, inək südü, kolbasa, kərə yağı və balıqda ola bilərəl. Yumurtaya gəldikə isə əsl təhlükə yumurtanın içi deyil, onun qabığındadır.
Şiqella, işerixiya, rotavirus və s. kimi infeksiyalar təhlükəli bağrsaq infeksiyalarından sayılır.
Bəs bağırsaq infeksiyasına nə səbəb ola bilər?
- Çiy(tam qızardılmamış və ya qaynadılmamış) ət, çirkli suyu olan çay və dəniz məhsulları.
- Dondurma, buz kubikləri, içməli su və pasterilizə olunmamış süd kimi məhsullar təhlükəli mikroorqanizm və kimyəvi maddələrə yoluxmuş ola bilərlər.
- Kahı və kələm kimi tərəvəzlər özlərində yuyulması çətin olan bakteriyalar saxlaya bilirlər.
- Hazır məhsulları bir neçə saatlıq otaq temperaturunda saxladıqda onlarda təhlükəli bakteriyaların yaranma təhlükəsi var.
- Əgər mağazalar və restoranlarda məhsullar isti və dondurulmuş halda saxlanılmırsa, o zaman onları almaq təhlükəli sayılır.
Bağırsaq xəstəliklərinə yoluxmadan özümüzü necə qoruyaq?
Hər birimizi üçün məlumdur ki, təhlükəli mikroorqanizmlər hər yerdə ola bilər(torpaq, heyvan və insanlarda). Məhz buna görə bağırsaq infeksiyalarını "çirkli əl xəstəliyi" adlandırırılar. Adətən infeksiayalar əllərdən keçir. Buna görə profilaktikanın əsas qaydası əllərin yuyulmasıdır. Mağazadan gələrkən mütləq şəkildə əllərinizi yumağı unutmayın. Əllərin yuyulması yalnız küçədən gəldikdən sonra deyil, hər dəfə tualetdə olduqdan sonra da əməl edilmılidir. Həmçinin yemək bişirməzdən öncə və sonra da əllərin yuyulması mütləq sayılır.
Şərh Yazın