Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, böyük şəhərlərarası giriş-çıxış postları ləğv edilməyəcək:
“Operativ Qərargahın bugünkü qərarından sonra çox güman ki, Bakı şəhəri ərazisində daxili postlar azala bilər. Bununla bağlı əlavə məlumat veriləcək. Amma Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunun giriş və çıxışında olan postlar yerində qalacaq”.
Şərh Yazın