Qarşılaşma maraqlı və bol qollu olub.
Oyunda hesabı qonaqlar açıb. Belə ki, ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.
Buna baxmayaraq, ruhdan düşməyən meydan sahibləri “comeback” etməyi bacarıblar. Əvvəlcə 39-cu dəqiqədə Adrien Rabyo hesabı bərabərləşdirib. İlk hissə bu nəticə ilə yekunlaşıb.
İkinci hissədə isə Alvaro Moratanın benefisi ilə yadda qalıb. İspaniyalı hücumçu 57 və 60-cı dəqiqələrdə dubl edib.
Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.
Şərh Yazın