Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan Vətən Müharibəsi qaziləri ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.
Şərh Yazın