Ukrayna prezidenti Vladimir Zelenski Tvitter hesabında Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasını (AES) ələ keçirməyə cəhd etdiyini bildirib.
"Rusiya işğalçı qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır. Bizim uşaqlar 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün əllərindən gələni edirlər... Bu, bütün Avropaya müharibə elanıdır".
Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında Rusiyanın təxribatçı qrupları tərəfindən terror aktının planlaşdırıldığı barədə məlumat var. O əlavə edib ki, “Rusiya təkcə hərbi məhvə əl atmır, ətraf mühitin mümkün məhvinə hazırdır. Və bu, təkçə Ukraynaya aid deyil”, – “Ukrayinska Pravda” onun sözlərindən sitat gətirir.
Şərh Yazın