“Rusiya ordusunun hissələrini Ukrayna ərazisindən çıxarmaq üçün lazım olan bütün silahları Kiyevə verməyin vaxtı çatıb”.
Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.
Prezident Ukraynada səfərbərliyin zəruriliyinə də münasibət bildirib:
“Mən buna tamamilə ayıq baxıram, çünki hərbi və müharibə vəziyyətinə görə səfərbərlik davam edir. Əgər biz dövlətimizi qorumaq istəyiriksə, onu müdafiə etməliyik”.
Dövlət başçısı qeyd edib ki, hər kəsin reallığı vicdanla dərk etməsi vacibdir: “Bu müharibə ancaq ona görə davam edir ki, Putin Ukraynaya qarşı müharibəni, terroru və hücumları davam etdirmək imkanına malikdir. Rusiya qonşularının terror etmək imkanları məhdudlaşdıqdan sonra Moskva real sülhə gedən yol tapmağa məcbur olacaq. Biz birlikdə Rusiya terrorunun qarşısını almalıyıq və Almaniya ilə birlikdə bunu edə bilərik”.
Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi tezliklə üçüncü “Patriot” sistemi, IRIS-T qurğusu, “Gepard”, raketlər və sursatları Ukraynaya təhvil verəcək.
“Ukraynanın təkcə uzaqmənzilli silahlara ehtiyacı ola bilməz, çünki Kiyevin bəzi silahları tətbiq etmək üçün ABŞ və Almaniyadan icazə ala bilməsi müharibənin gedişatını dəyişməyəcək”,- bu barədə “Deutsche Welle”nin materialında deyilir.
Qeyd olunur ki, indi həm ABŞ, həm də Almaniya öz silahlarından Ukraynanın Xarkov vilayətini qorumaq üçün yalnız əks-hücum məqsədi ilə transsərhəd zərbələrə icazə veriblər.
E. KAMAL
Zelenski müttəfiqlərinə yenidən çağırış edib
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın