Aksiya çərçivəsində bu gün işğaldan azad olunmuş Zəngilan rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına baş tutub.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.
Hərbi qulluqçularımızın istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək.
Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Daha ətraflkı Baku TV-nin videosüjetində:
Şərh Yazın